24.05.2022-ci il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formallaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi müzakirə olunub. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi və digər hallara dair məlumatlar diqqətə çatdırılıb. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb. Sonda rayon icra hakimiyyəti başçısı Şahmar Usubov idarə, müəsisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.